Biz necə işləyirik

Daha tez Öyrən

Faydali Məlumat

Niyə Serwiseport ?

Niyə Serwiseport?

Xəyal etmək, sevdiyi işlə məşğul olmaq və işlərimizdə uğur əldə etmək hər birimizin arzusudur. Lakin hamı arzusunu reallaşdıra, sevdiyi işlə məşğul ola bilmir. Müxtəlif təsadüfi sahələrdə çalışaraq arzularımızı reallaşdırmaq şansı da əksər hallarda aşağı olur. Bu isə bizi demotivasiya edə bilər. Bu zaman bizim köməyimizə internet üzərindən fəaliyyət göstərən iş portalları çatır. Bu portallar xidmət təklif edən ( dərzi, dizayner, proqramçı) və xidmət alan ( şirkətlər, alıcılar, sifarişçilər) arasında əlaqə yaratmaqla iki sahə arasında əlaqələrin yaradılmasını sadələşdirir. 

Serwiseport  belə portallardandır. Azərbaycanda ilk dəfə iki sahəni (xidmət satan və xidmət alan) birləşdirimək və əlaqələndirmək arzusunda olan bu komanda ölkədə faəliyyət göstərən bütün yaş kateqoriyaları və iş sahələrini əhatə edir. 

Serwiseport xidmət təklif edənlər platformada qeydiyyatdan keçən istifadəçilərinə xidmətlərini təklif etmək, reklam etmək və satmaq üçün şərait yaradır. 

Səhifə sadələşdirilmiş dizayn və  istifadəçi interfeysi  ilə müxtəlif yaş kateqoriyalarında çalışan şəxslərə uyğundur.  Saytda A-dan Z-yə qədər bütün xidmət sahələri üzrə iş təklif edə bilər və ya xidmət ala bilərsiniz. Təkcə səhifə deyil, mobil tətbiqetmələr üzərindən də fəaliyyət göstərməsi digər bir üstünlüyüdür. 

Platforma, həmçinin, xidmət satan istifadəçilərin keyfiyyətli, təhlükəsiz və onlara uyğun şərtlərlə xidmət göstərmələrini öz qarşısına hədəf qoymuşdur. Eyni şərtlər xidmət axtaran, alan istifadəçilər üçün də keçərlidir. Təhlükəsizlik tədbirlərinə qəti şəkildə riayət edilir. Xidmət təklif edən və xidmət alan tərəfindən nəşr olunan hər bir paylaşım komanda tərəfindən nəzarət edilir. Etik normalara riayət olunması və tərəflər arasında narazıçılığın yaranmaması əsas hədəflərdəndir.

Frilans (freelance) səhifələrdən fərqli olaraq, Serwiseport yalnız internet üzərindən çalışan şəxslər üçün hazırlanmayıb. Həm onlayn, həm də offlayn sahələrin cəmlənməsi istifadəçi kütləsini genişləndirir. Məsələn, əgər siz proqramçısınızsa və yeni yaratdığınız veb səhifəniz üçün dizayner axtarırsınızsa Serwiseport sizə yardım edə bilər. Dərzi, xalçaçı və digər internet üzərindən olmayan, ancaq vacib sahələrdə fəaliyyət göstərən şəxslər üçün də Serwiseportda iş tapılar.

Odur ki hər birinizi Serwiseport-da qeydiyyatdan keçməyə dəvət edirik!




Top