Qayda və şərtlər

Ümumi şərtlər

  1. Bu Razılaşma serwiseport.com portalın İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.
  2. Razılaşmanın məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur:
    1. Portal  – İnternet şəbəkəsində serwiseport.com ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt),
    2. Portala əlavələr- İstifadəçilərin rahatlığı üçün tətbiq olunan bütün əlavə mobil və digər proqram resursları, applikasionlar, məlumat bazası və digər texniki vasitələr
    3. Administrasiya – Portalın inzibatçılığını həyata keçirən Serwiseport kamandası. Ona Portal və Portala əlavələr üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.
    4. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Portal xidmətlərindən istifadə edən istənilən hüquq səlahiyyəti olan şəxsdir.
    5. Şəxsi hesab– bu İstifadəçinin mühitinin İstifadəçi tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi hesaba malik olmaq hüququ var.
    6. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur. Bu informasiyalara İstifadəçinin özü tərəfindən daxil edilmiş və ya Portaldan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülmüş informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxildir. Bu informasiyalar qeydiyyat vaxtı sərbəst və ya Portaldan istifadə prosesində təqdim edilir.
    7. İnformasiya – Portalda İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.
    8. Elan predmetləri – bu hər hansı xidmətlə bağlı yerləşdirmiş elanın əsasını təşkil edən məlumatlar: xidmətin adı, kateqoriyası, xidmət təklifi və ya tələbi olması və bu kimi elan daxil edilərkən tələb olunan məlumatlardır
    9. Razılaşmanın Tərəfləri – Administrasiya və İstifadəçidir.
  3. İstifadəçi Razılaşmasında istifadə olunan və "Terminlər və təyinlər" bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.
  4. Portal xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.
  5. Hazırkı Razılaşma ictimai ofertadır.
  6. Portaldan istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və ondan istifadə üzrə təlimatlara riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
  7. Şirkət adından Portaldan istifadə halında belə şirkət hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.
  8. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
  9. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Portala girişdən imtina etməli, Portalın xidmətlərindən istifadə etməsini dayandırmalıdır.
  10. Bununla Administrasiya İstifadəçilərə Portaldan istifadə etməklə öz xidmət elanlarını portalda yerləşdirmək və ya sadəcə uyğun xidməti axtarış edərək mövcud xidmətlərdən yararlanmağa imkan yaradır.
  11. Xüsusi kateqoriyall xidmətlərin verilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
  12. İstifadəçi Razılaşmaya qoşulmaqla qəbul edir ki, Portalın bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Administrasiya hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.
  13. Portalda qeydiyyat könüllüdür. Portalda qeydiyyat halında İstifadəçi Portalın əlavə üstün xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
  14. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Portalın xidmətlərindən yalnız öz şəxsi elektron ünvanı və parolu vasitəsilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi hesabına icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.
  15. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
  16. Administrasiya zəmanət vermir ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir və Portalda qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur. Qeydiyyat zamanı və elan yerləşdirilərkən müvafiq məlumatların düzgün daxil edilməsi və məlumatların vaxtında yenilənməsinə görə məsuliyyəti İstifadəçi özü daşıyır.
  17. İstifadəçiyə Portalda mümkün olan bütün alətlərdən istifadə edərək mümkün kontragentlərlə ünsiyyət saxlamağa tövsiyə edilir.
  18. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.
  19. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin bu kimi başqa səbəblər aşkarlandıqda Administrasiya xəbərdarlıq etməklə İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
  20. Xidmətlərə girişi dayandırılmış və ya məlumatları etibarsız olduğuna qərar verilmiş istifadəçilərin Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Portala və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir
  21. Servisdən istifadə. Elanların yerləşdirilməsi
  22. Administrasiya bütün qeydiyyatdan keçmiş İstifadəçilərə Portalda öz elanlarını yerləşdirmək hüququnu verir. Həmçinin elan yayımlanmamışdan öncə İstifadəçi tərəfindən daxil edilmiş elanın yoxlanmasını və qaydalara zidd hal baş verdikdə elanı yayımlamamaq hüququnu özündə saxlayır
  23. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Portalın normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.
  24. Xidmətlər barəsində bütün mümkün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Portal həyata keçirilmiş sazişlərin iştirakçı və/və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
  25. İstifadəçinin Portaldakı şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişəyə girməməlidir.
  26. İstifadəçiyə xəbərdarlıq edilir ki, Administrasiya elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyalara görə məsuliyyət daşımır.
  27. İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarı sadalanmış hüquqlar Administrasiyaya pulsuz verilir. İstifadəçi Portalın bütün İstifadəçilərinə özünün tərəfindən yerləşdirilmiş informasiyaya girişə hüquq verir. Əlavə olaraq İstifadəçi Portalda onun tərəfindən yerləşdirilmiş materiallara istənilən intellektual mülkiyyət hüquqlarına malikdir.
  28. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Portal məsuliyyət daşımır.
  29. Portalın hər bir istifadəçisi Portalın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və Elan və xidmət şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elan  predmetlərini yoxlamalı, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.
  30. Elanı yerləşdirərək, İstifadəçi təsdiq edir ki, o elanda göstərilmiş xidmətləri həyata keçirmək hüququna malikdir.
  31. İstifadəçi təsdiq edir ki, Portalda yerləşdirdiyi elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.
  32. Portal İstifadəçidən yerləşdirilmiş Elan haqqında əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Portal belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər yayımlamanı saxlamaq hüququna malikdir.
  33. Xidmət satmaq istəyən İstifadəçi elan yerləşdirməklə bildirir ki, ona aid olan və bunun üçün xüsusi icazələr tələb olunmayan, həmçinin istifadəsinin qüvvədə olan qaydalara riayət etmə şərti ilə təklif edilməsi mümkün olan xidməti satmaq hüququna malikdir.
  34. Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün, Portal İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Portalda İstifadəçinin qaydalara uyğun olmayan hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
  35. Elan predmetində göstərilmiş informasiyalar bu xidmətin satışı və ya alışı şərtlərini təşkil edir.
  36. Elan predmetlərində göstərilmiş məlumatlar həm elanın yerləşdirilməsi vaxtı, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Əgər elanın hər hansı şərti, qüvvədə olan qanunvericiliyə və ya hazırkı Razılaşmaya dəyişikliklərin daxil etməsi nəticəsində qanunvericiliyə və/və ya hazırkı Razılaşmaya uyğun deyilsə, belə şərtlər və ya belə elan İstifadəçi tərəfindən elə tamamlanmalı və ya dəyişdirilməlidir ki, istənilən uyğunsuzluqlar aradan qaldırılsın. Uyğun olan dəyişikliklərin daxil etməsinin qeyri-mümkünlüyü halında belə elan İstifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilmiş hadisələrin yaranması vaxtı Administrasiya belə elanların redaktəsi və ya silinməsi üzrə hərəkətləri İstifadəçinin ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu özündə saxlayır.
  37. Portalda nəşri qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd, təhqiredicidir və ya yersiz, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozan elanların yerləşdirilməsi qəti qadağandır. İstifadəçi əmin olmalıdır ki, Elan və onun predmetləri qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur.
  38. Pullu xidmətlərdən istifadə elan hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacağına zəmanət vermir. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.
  39. Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır. (Şəxsi portfolio və ya sayt, həmçinin şəxsi facebook səhifəsi istisna olmaqla)
  40. İstifadəçi Administrasiyanın yazı icazəsi olmadan Portala girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.
  41. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:
    1. Portalın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
    2. Administrasiyanın icazəsi olmadan Portalda olan istənilən informasiyanı Portala istinad olmadan köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
    3. Portala girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Portalın işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
  42. Portalda İstifadəçi tərəfindən aşağıdakı aşağıdakı hərəkətlərə yol verilməsi qəti qadağandır:
    1. yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
    2. dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
    3. oğurluq və ya saxta xidmətlərə əsasən sazişlərin bağlanmasına aparma;
    4. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;
    5. özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;
    6. özündə kimə qarşı olursa-olsun, böhtan və ya təhdidləri saxlama;
    7. cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
    8. imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq;
    9. ədəbsizlik, və ya pornoqrafiya xarakterini daşımaq;
    10. özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;
    11. özündə reklam xarakterli materialları saxlamaq (Öz elanları ilə əlaqədar olmayan);
    12. üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;
    13. qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
  43. Administrasiya Portalda barəsində elan yerləşdirilmiş xidməti belə xidmət barəsində elan verilməsi zamanı İstifadəçi tərəfindən göstərilmiş fərqlənən üsulla, reklam etmək hüququna malikdir.
  44. Administrasiya istənilən vaxt istənilən elanın nümayişini, hazırkı Razılaşmada söylənmiş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən dayandırmaq hüququna malikdir.
  45. Administrasiya elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir (əsaslandırmaq və xəbərdarlıq etməklə).
  46. İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.
  47.  

  48. Kommunikasiya
  49.  

  50. Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
  51. Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublar və mesajlarda, başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, başqa informasiya, reklam xarakterli mesajlar və bu kimi başqa mesajlar ola bilər
  52. Portal tərəfindəngöndərilmiş mesajlar onların göndərilməsi qeydə alınması anından İstifadəçiyə çatdırılmış hesab edilir.
  53. Administrasiya başqa İstifadəçilər tərəfindən avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
  54. Administrasiya başqa İstifadəçilər və/və ya robotları tərəfindən Portalda İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
  55. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
  56. İstifadəçinin Administrasiya ilə yazışması ünvanı Portalda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
  57. İstifadəçiyə Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
  58. İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
  59. İstifadəçinin Administrasiya ilə yazışması ünvanı Portalda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
  60. İstifadəçiyə Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
  61. İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.



Top