Biz necə işləyirik?

Portal öz istifadəçilərinə onlayn (mətnlərin yığılması və ya tərcüməsi, maliyyə sənədlərin yoxlanması kimi) və oflayn (yeməklərin çatdırılması, dayə və baxıcılıq xidmətləri kimi) xidmətlərin satış və alışını həyata keçirmək fürsəti verir. İstifadəçilər öz bacarıqlarını, şərait və şərtlərini nəzərə alaraq sata biləcəkləri ya da almaq istədikləri xidmət haqda elan hazırlayaraq platformada yerləşdirirlər. Xidmətlə maraqlanan digər istifadəçilər portal vasitəsi ilə elan verən istifadəçi ilə birbaşa əlaqədə olaraq sorğu göndərə və ya mesaj sistemi ilə elan və istəfadəçi haqda daha ətrafı məlumat ala bilərlər. Saytın vasitəçiliyi ilə tərəflər qarşılaşır və sövdələşmə baş tutur. Portal bütün istifadəçilər üçün pulsuz xidmət göstərir. Portalda profil açmaq, həmçinin həmin profildə elan yerləşdirmək pulsuzdur.


Top