Xidmətimi necə satım və yerli marketinqi necə edə bilərəm?

Xidmətimi necə satım və yerli marketinqi necə edə bilərəm?

Kimsə bir şey satmamış heç bir biznes baş verə bilməz. Buna görə də müştəriyə xidmət və ya məhsul satmadan öncə satış prosesi haqda anlayışınızın olması vacibdir. Siz anlamalısınız ki, müştərilər nəyə görə aldıqları şeyləri alırlar. Adətən onları, yəni müştəriləri ən çox maraqlandıran bir neçə amil var:

 

  1. Təhlükəsizlik – Maadi gəlir və ya mənfəət, maliyyə çətinliyinin olmaması.
  2. Özünü Qoruma– Özünün və ailənin təhlükəsizliyi və sağlamlığı.
  3. Münasiblik –  Rahatlıq, daha çox asudə vaxtın istifadəsi.
  4. Narahatlıqdan Uzaq Olma – Düşüncə rahatlığı, etibarlılıq.
  5. Başqaların Tərəfindən Tanınma – Sosial status, hörmət, heyran olunma istəyi.
  6. Özünü Təkmilləşdirmək – Ruhani inkişaf, bilik üçün aclıq, intellektual stimullaşdırma.

 

Müştərilər yuxarıda qeyd olumuş altı faydadan birini gözlədiyi üçün sizing xidmətinizi satın alır. Məhsul və ya xidmətiniz müştərilər üçün yuxarıda göstərilən amillərdən birini və ya bir neçəsini təmin edə bilərsə, böyük şansla siz öz xidmət və ya məhsulunuzu satışa çıxara biləcəksiniz. Satışı həyata keçirə bilmək onu bazara təqdim etməkdən keçir və bu marketinqin işidir. Əvvəla rahat olun. Marketinqden qorxmağa ehtiyac yoxdur. Siz marketinq planınızı asanlıqla büdcənizə və rahatlıq səviyyənizə uyğun edə bilərsiniz, vənəzərə alın ki,  sizdə böyük şirkətlərdən fərqli olan, onlarda olmayan bir şey var - tanışlıq.

 

Böyük şirkətlər müştərilərə tanış bir marka yaratmaq üçün çox vaxt və pul sərf edirlər. Siz isə - kiçik biznes sahibi olaraq, məhsul və xidmətlərinizi öz üzünüz və şəxsiyyətinizlə təmsil edirsiniz. Beləliklə, yerli ictimaiyyətin sizi şəxsən tanımasını yerli marketinqin bir yolu kimi düşünün. Yerli marketinq sizin sizə məxsus şəxsiyyətinizi və iş dəyərlərinizi əks etdirməlidir. Mesajınızı yaşadığınız mühitə, cəmiyyətə çatdıra bilmək üçün yaradıcı yollar axtarıb tapın. Sizin həvəsli şəkildə müştərilərə kömək etmək istəyinizi öz işinizi maraqla gördükdə müştərilər hiss edir.

 

Bəzən əks tərəfdən heç bir şey gözləmədən yardım etmək və xidmət gösərmək marketinq üçün daha sərfəli olur. Səbəbi isə bəsitdir. Çünki, siz onların mənfəətini özünüzdən üstün tutmuş olursunuz ki, bu da sizə qarşı inam yaradır. Müştərilərinizlə onların üzləşdiyi problemlər və ya suallar barədə danışın. Məsələn alətlərin satışı ilə məşğul olursunuzsa, müştərilər, sizdən aldıqları alətlərin istifadə və ya təhlükəsizlik qaydaları haqda soruşa bilərlər. Müştərilər bəzən satıcıdan müəyyən materiallarla necə işləməyi və ya iş zamanı etikləri səhvləri necə düzəltmək barədə məlumat almaq istəyə bilərlər. Müştərilərlə etimad yaratmaq üçün bildiyiniz nə varsa paylaşaın. Bir problemin necə həll etməyi kiçik bir məsləhətlə nümayiş etdirin. Eyni zamanda, bu yolla siz öz sahənizə aid təcrübə, bilik və bacarığınızı göstərə bilərsiniz. Həmçinin, bununla onlara təqdim etmək istədiyiniz xüsusi məhsullarınızı göstərmək üçün bir şans əldə etmiş olacaqsınız. Müştərilərinizə nə qədər yaxın olub kömək göstərsəniz bir o qədər güvən qazanıb yerli biznesinizi genişləndirə bilərsiz. Çünki, insanlar adətən şəxsi münasibət qurduqları bizneslərə daha çox güvənir və daha uzun müddətdə birgə işləməyi nəzərdə tuturlar. İnam və etimadı itirmədiyiniz müddətdə daimi müştəriləriniz olacaq. Uğurlar!