Zamanın İdarə Olunması

Zamanın İdarə Olunması

Zaman nisbi mehfumdur. Kiməsə görə zaman daha sürətli keçir, kiməsə görə isə  daha yavaş. Amerikanın Dük Universitetinin araşdırması nəticəsində məlum olub ki, insanların yaşı da zamanın necə keçəsinə təsir göstərir. Yaşlı adamlar üçün zaman daha sürətli keçir. Amma yaşın neçə olmasından asılı olmayaraq zamanın səmərəli idarə edilməsi vacibdir. Bunun üçün bir çox fərqli metodları var. Bu metodlar idarə etmək istədiyiniz zaman dilimindən (saat, gün, həftə, ay, il) və sizin məqsədinizdən asılı olaraq dəyişə bilər.

Bu yazıda təqdim edəcəyimiz isə Benjamin Franklinin zamanın idarə edilməsi metodudur. Həmin o yüz dollarlıq əskinasın üstündə əksi olan Franklin. Franklin siyasi xadim, poliqraf, dilçi, fizik, yazar kimi tanınımış bir şəxsiyyətdir və o sadaladığımız bütün bu işləri görməyə zaman tapa bilirdi. Nəzərə alsaq ki, o yalnız 40 yaşında fizikaya maraq salmışdı, Franklin artıq 45 yaşında öz sahəsində dünyaca tanınımış bir alim idi-məsələn o ildırım tutanı ixtira etmişdi. Əldə etdiyi nailiyyətlərə baxılarsa onun metodundan istifadə edərək siz də yüksək nailiyyətə sahib ola bilərsiniz deyə düşünərək sizə Franklinin metodunu təqdim edirik.

Hərşeydən öncə Franklin adətən əvvəlki gün axşamdan növbəti günün planını tuturdu. Yəni sabah edəcəyi işi bugün axşamdan planlayırdı. Əgər sabaha aid planları var idisə onlar yazılı şəkildə gündəlikdə ğz əksini tapırdı. Bu isə ona artıq gün başlayanda nə edəcəyini bilməyə və sadəcə plana uyğun hərəkət edərək daha məhsuldar bir gün keçirməyə kömək edirdi. Lakin gündəlikdə növbəti günün görüləcək işlərin siyahısı deyil həm də onlara tələb olunacaq vaxt yazılırdı. Məsələn hər hansı bir ixtira üzərində və ya məqalə üzərində işləyəcəkdisə ona sərf edəcəyi zaman dilimini yazırdı və buna ciddi riayət edirdi. Hər hansı bir işə nə qədər sərf etməklə bağlı bir məsələni bilmək vacibdir. Adətən hər hansı bir işə sərf edəcəyimizi düşündüyümüz zaman kəsimini doğru seçmək vacibdir. Yəni istənilən iş adətən bizdən asılı olmayan bəzən da olan səbəblərə görə daha çox vaxt alır, bu isə tutulan plandan kənara çıxmağa, sonda da planın alt-üst olmasına, görülməli olan işlərin hamısını həyata keçirməyə problem yaradır. Məsələn vacib bir məsələni həll etməyə çalışarkən sizə telefon zəngi gələ və cavab verməsəniz problem yarana bilər. Məcbur olaraq əlinizdəki işi yarəmçıq qoyub telefonla danışırsınız. Buna görə də işə  sərf olunan vat uzanır. Bu problem həm də sizin iş motivasiyanıza mənfi təsir göstərə bilər, işdən əliniz soyuyar və ya plandan çox vaxt sərf etməyə vadar edər. Buna görə də istənilən işə maksimum nə qədər vaxt xərcləyəcəyinizi düşünürsünüzsə onu ikiyə vurub vaxtı elə təyin edin. Beləcə daha çox vaxtınız olur və həmin günə planda tutduğunuz işləri daha rahat edə biləcəksiniz. Əgər artıq vaxtınız qalarsa əlavə görmək istədiyiniz işləri də görə biləcəksiniz.

Digər vacib metod isə odur ki, günü 1 neçə dilimə ayıran Franklin ən vacib işləri günün ilk yarısına salırıdı. Əgər görəcəyi iş həyati əhəmiyyət daşıyırdısa, hamişə gördüyü işlərdən fərqli bir iş olardısa, hansı ki, ondan diqqət tələb edirdisə bu tip işlər ilk yarıda görülürdü. Günün ikinci yarısına isə daha az əhəmiyyətli və ya rutin işləri salırdı. Hanslıar ki, avtomatik olaraq beyin ve əzələ yaddaşıasanlıqla həll edə bilərdi  ikinci yarıda öz yerini tapırdı. Bu bölgünün səbəbi isə odur ki, Franklin səhər çox tezdən, saat 4 də oyanardı, və günün erkən saatlarında daha gümrah, bir növ zehni olaraq yeni hiss edirdi. Ona görə də hələ zehni iti ikən düşünmək gərəkdirən işləri həll edərək vacib işləri səhvsiz edər, ikinci yarıda artıq az da olsa yorulmuş beyinlə vacib qərarları qəbul etmək istəmirdi. Çünki, kiçik bir səhv bir çox şeyə mənfi təsir edə bilərdi. 8 saatlıq iş günü olaraq götürsək səhər saat 8 dən 11-ə kimi vacib işləri, 2 saat günörta yeməyi və digər işləri görmək, sonra isə yenidən 4 saatlıq iş rejiminə başlayırdı. İş saatı bitdikdən sonra isə Franklin dostları və ailəsi ilə səmərəli vaxt keçirməyə ayırırdı. Franklinin gündəlik planlaması ilə bəzi detalları əlavədəki şəkildə tərcümə olunmuş olaraq görə bilərsiniz. Ümid edirik ki, bu yazı sizin köməyinizə çatacaq və sizi məhsuldar günlərlə sevindirəcək.

Bu yazı Franklinin bir gününün qısa bir izahıdır, lakin onun uğurunun tək səbəbi zamanının səmərəli idarəsi deyil həm də hansı işləri necə görəcəyi ilə bağlı verdiyi qərarlar idi ki, bunun da ayrı bir metodu var. Onu isə nöbəti yazıda izah edəcəyik.