Haqqımızda

Hal-hazırda Azərbaycanda ixtisaslaşması, bilik və savadı ilə müxtəlif sahələrdə öz sözünü deyən, deməyə hazırlaşan, büdcəsi olmasa da biznes qurmağa çalışan evdə oturaraq müxtəlif bacarıqlarını dəyərləndirərək müxtəlif yaş və cinsdən olan insanlar öz xidmətlərini təklif etməyə çalışırlar. Əksər insanlar freelancer olaraq xarici internet saytlarda qeydiyyatdan keçir və fəaliyyət göstərirlər. Azərbaycanlı xidmət axtaranlar əsasən xarici bazarlara üz tuturlar. Hər kəs öz cibinə uyğun bazar axtarışındadır. Hər kəs keyfiyyətlə sərfəliliyin qızıl ortasını tapmağa çalışır. 

 

Biz isə həmin insanların keyfiyyət və sərfəliliyinə, əlverişliliyinə görə məhz daxili bazara üz tutmaları, fərdi şəxslərin öz işlərini daha asan qurmaları, müştərilər daha əlçatan olmaları üçün serwiseport.com platformasını yaratdıq.

 

Serwiseport.com xidmət təklif edən və xidmət alan istifadəçiləri əlaqələndirmək üçün yaradılmış platformadır. Siz həm onlayn, həm də oflayn olaraq göstərdiyiniz xidmətlərinizi bu platforma vasitəsilə asanlıqla istifadəçilərə təklif edə bilərsiniz. Həmçinin hər hansı xidmətdən yararlanmaq istəyirsinizsə, özünüzə ən uyğun xidmət təklif edəni platformamız sayəsində tapa biləcəksiniz.

 

Xidmət təklif edənlər platforma istifadəçilərinə xidmətlərini təklif etmək, reklam etmək və satmaq üçün şərait yaradır.

Platforma həmçinin xidmət satan istifadəçilərin keyfiyyətli, təhlükəsiz və onlara uyğun şərtlərlə xidmət göstərmələrini öz qarşısına hədəf olaraq qoymuşdur.

Bizim Kamanda

Oruc Seyidov

Programçı



Top